Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən SABAH Magistratura layihəsi çərçivəsində Bakı Mühəndislik Universitetinin (BMU) “Kiber təhlükəsizlik” ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi məqsədi ilə qrant müsabiqəsinin qalibi “Cybernetics” MMC müəyyən edilib. Elmi-pedoqoji təcrübə müvafiq qrant çərçivəsində isə Azərbaycan Respublikasının Təhsil İnstitutuna (ARTİ) həvalə edilib.
Layihə çərçivəsində tədris planının, sillabusların, dərs vəsaitlərinin, tədris, təcrübə və tədqiqat prosesi ilə bağlı qaydaların hazırlanması, kiber təhlükəsizlik laboratoriyasının yaradılması, eləcə də tədris prosesinə xarici müəllimlərin cəlb edilməsi nəzərdə tutulub. Tələbələrə tədqiqat qabiliyyətləri ilə yanaşı, əlavə bilik və bacarıqların qazandırılması üçün yerli və xarici ekspertlər tərəfindən təlim və seminarların təşkil olunması, həmçinin xaricdə təcrübə keçməsinin təmin edilməsi də layihədə yer alıb.
Layihənin icra müddəti isə 24 ay nəzərdə tutulub.
İctimaiyyətlə əlaqələr şöbəsi