Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası koronavirus pandemiyası (COVID-19) dövründə tənha və aztəminatlı ailələrə növbəti ərzaq yardımı göstərib. Bu dəfə Şura Xırdalanda yaşayan və köməyə ehtiyacı olan 7 ailəyə ərzaq yardımı göstərib.
Bundan başqa, BMU-nun Qadınlar Şurası hər il olduğu kimi, bu il də Novruz bayramı ərəfəsində yardıma ehtiyacı olan daha 4 ailəyə bayram sovqatı çatdırıb.
Azərbaycan dövlətinin aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğıdan ətraflı bəhs edən Qadınlar Şurasının sədri Ətrabə Gül bu istiqamətdə həyata keçirilən çoxşaxəli tədbirləri diqqətə çatdırıb.
Universitetin ictimai-sosial həyatında oynadıqları aktiv rola toxunan Şura sədri mütəmadi olaraq ehtiyacı olan ailələri müəyyən edərək onlara yardım göstərdiklərini bildirib. O, belə tədbirlərin davamlı olacağını fikirlərinə əlavə edib.
Yardım göstərilən ailələr yardıma görə minnətdarlıqlarını ifadə ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi