Dünyanın 85 ölkəsində fəaliyyət göstərən və 100 mindən artıq işçisi olan Schlumberger şirkətinin Xəzər Sahəsi üzrə işə qəbul üzrə meneceri Assel Borasheva Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin təşkilatçılığı ilə Mexanika və Kimya Mühəndisliyi ixtisasının 3-cü kurs tələbələri ilə görüş keçirib. Görüşdə Schlumberger şirkətinin yaranmasından və fəaliyyətindən bəhs edilib. Daha sonra şirkət yay tətilində tələbələrə yönəlik keçirəcəyi “Yay məktəbi” haqqında məlumat verib, seçimin birinci mərhələsi aparılıb. İmtahandan muvəffəqiyyətlə keçmiş tələbələr iyun ayında şirkətə müsabiqəyə dəvət ediləcək. Müsabiqə mərhələsini müvəffəqiyyətlə keçən tələbələr “Yay məktəbi”ndə iştirak hüququ qazanacaqlar.
Qeyd edək ki, “Yay məktəbi”nə seçilən tələbələrə təhsillərini bitirdikdən sonra Schlumberger şirkətində işləmə imkanı yaranacaq.