Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası xeyriyyə aksiyalarını davam etdirir. Növbəti belə tədbir universitetin texniki heyətinin işçilərini əhatə edib və Şura daha çox ehtiyacı olan 10 işçiyə yardım göstərib.
Universitetin ictimai-sosial həyatında aktiv iştirak edən BMU-nun Qadınlar Şurasının fəaliyyətinin əsas istiqamətlərindən biri də aztəminatlı ailələrə yardımların göstərilməsidir. Qurum indiyə qədər, xüsusilə pandemiya dövründə, təkcə universitet daxilində deyil Abşeron rayonunda müxtəlif xeyriyyə aksiyaları təşkil edib.
İctimaiyyətlə əlaqələr şöbəsi