Bakı Mühəndislik Universitetinin (BMU) Avtomatika, telekommunikasiya və energetika kafedrasının professoru, texnika elmləri doktoru İslam İslamov Bolqarıstan Respublikasında səfərdə olub.
O, NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı (Science for Peace and Security-SPS) çərçivəsində qalib olduğu “Dəniz limanlarının təhlükəsizliyi qabiliyyətlərinin möhkəmləndirilməsi” adlı qrant layihəsinin icrası üzrə ölkənin Varna şəhərində Hərbi Dənizçilik Akademiyasında keçirilən tədbirdə iştirak edib.
Tədbir zamanı Akademiya və NATO-nun adıçəkilən proqramına əsasən yerinə yetirilən layihənin təqdimatı olub və mövzuya dair geniş müzakirələr aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi