Bakı Mühəndislik Universitetinin Kimya Mühəndisliyi kafedrasının müdiri Yusif Abdulayev “Erasmus+ ICM staff mobility” proqramı çərçivəsində Portuqaliyanın Braqança Universitetində olub. Həmin universitetin müəllim-tələbə heyəti üçün “Ionic liquid catalysis: Theory and application” adlı seminar verən Y.Abdullayev Braqança Universiteti və “Lisbon University” də görüşlər keçirib.
Görüşdə, həmçinin BMU ilə əməkdaşlıq istiqamətləri də müzakirə edilib.