Bakı Mühəndislik Universitetinin (BMU) Maliyyə kafedrasının müəllimi, i.e.d., professor Saleh Məmmədov Türkiyədə keçirilən Maltəpə Ekonomi Forumunda iştirak edib. “Ekonimide yeni arayışlar” mövzusunda təşkil olunan foruma dünyanın bir çox ölkələrindən gələn tanınmış alimlər, siyasətçilər, iş adamları qatılıblar.
S.Məmmədov tədbirdə “Dünya və Türkiyə ekonomisində egilimler-meyllər” mövzusunda məruzə ilə çıxış edib. BMU müəlliminin məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Forumda məruzəçilər dünyada baş verən iqtisadi problemlərdən danışıblar və iqtisadi gərginlikdən çıxmaq istiqamətində təkliflər irəli sürüblər.
Məruzələrdə İstanbulun beynəlxalq maliyyə mərkəzinə çevrilməsi, “Ağıllı şəhər” kimi süni intellekt vasitəsi ilə tam elektronlaşdırılması, siyasi-iqtisadi liberallaşmada son illərdəki vəziyyətin qarşısının alınması və başqa istiqamətlərdə səslənən təkliflər ətraflı müzakirə edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi