BMU-nun müəllimi IEEE-nin Ali üzvü seçilib

01 May 2024
BMU-nun müəllimi IEEE-nin Ali üzvü seçilib

Bakı Mühəndislik Universitetinin (BMU) Kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimi Etibar Seyidzadə dünyanın ən böyük texniki peşəkar təşkilatı olan Elektrik və Elektronika Mühəndisləri İnstitutunun (IEEE - Institute of Electrical and Electronics Engineers) Ali üzvü seçilib.

BMU əməkdaşına IEEE prezidenti Saifur Rahmanın imzası ilə üzvlüyü təsdiq edən sertifikat təqdim olunub.

Ali üzv IEEE-nin ən yüksək peşəkar dərəcəsidir. Təşkilatın 400.000-dən çox üzvünün yalnız 10 faizi bu səviyyəyə çatıb. Qlobal qurumun Ali üzvü dərəcəsini qazanmaq istəyən namizəd IEEE tərəfindən təyin edilmiş tələblərə cavab verməli, eyni zamanda ən azı on il peşəkar təcrübəyə yiyələnməli, əhəmiyyətli məhsuldarlıq nümayiş etdirməlidir.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

 

Digər xəbərlər