BMU-nun müəllimi DOST mərkəzində təlim keçib

27 Yanvar 2022
BMU-nun müəllimi DOST mərkəzində təlim keçib

Bakı Mühəndislik Universitetinin (BMU) İngilis dili kafedrasının müəllimi Xanım Cəfərli 4 saylı Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzində könüllülər üçün təşkil olunmuş master-klassda təlim keçib.

2 hissədən ibarət olan təlimdə öncə işə qəbul üzrə ingilis dilində müsahibə zamanı verilən sual və cavab nümunələri, uğurlu intervyu üçün faydalı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. İkinci hissədə isə öyrədilən nümunələr əsasında interaktiv müzakirələr aparılıb.

 Təlim sualların cavablandırılması ilə davam edib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər