BMU-nun Mexanika mühəndisliyi kafedrasında ödənişsiz təlim-tədris proqramı keçirilir

22 May 2019
BMU-nun  Mexanika mühəndisliyi kafedrasında ödənişsiz təlim-tədris proqramı keçirilir

   Bakı Mühəndislik Universiteti  Mexanika mühəndisliyi kafedrası 20–25 may tarixləri arasında bir həftəlik “ANSYD” (Analiz, Sintez, Dizayn) adında ödənişsiz təlim-tədris proqramı keçirir.

 Yay məktəbi formasında keçirilən proqrama qoşulmaq üçün “Google” formunu doldurub göndərməklə müxtəlif universitetlərdən 300-dən çox tələbə müraciət etmiş, onlardan 82 nəfər müsabiqəyə daxil olmaq üçün seçilmişdir. Kafedranın əməkdaşları tərəfindən aparılmış müsahibə nəticəsində onlardan 30 nəfər ANSYD proqramında iştirak etmək hüququ qazanmışdır.

   Proqram ərzində tələbələr bir həftə boyunca BP və digər nüfuzlu şirkətlərdən dəvət edilmiş mütəxəssislərin verdikləri seminarlarda, ustad  dərslərində iştirak etmiş, mexanika laboratoriyaları ilə ətraflı tanış olmuş, müxtəlif təcrübələrin aparılması metodikasını öyrənmiş, fənlər üzrə təşkil edilmiş viktorina və sosial fəaliyyətlərdə iştirak etmişlər. İştirakçılar həmcinin, kafedranın laboratoriya müdiri Rüstəm Kələntərovun şəxsi kolleksiyası əsasında açılmış “Mühəndis xəyallarını gerçəkləşdirən alət və avadanlıqlar” sərgisini də ziyarət ediblər.

   ANSYD proqramının sonunda iştirakçıların hər birinə sertifikat veriləcəkdir.

 

Digər xəbərlər