BMU-nun “English zone” tələbə klubu intellektual yarışma təşkil edib

04 Mart 2024
BMU-nun “English zone” tələbə klubu intellektual yarışma təşkil edib

Bakı Mühəndisik Universitetinin (BMU) “English zone” tələbə klubu intellektual və əyləncə xarakterli “Describe yourself” adlı yarışma təşkil edib.

Yarışmadan əvvəl ötən semestr fəaliyyətə başlayan klubun sədri Firəngiz Qənbərova, həmçinin komanda üzvləri-Həqiqət Fərzəliyeva, Zərif Nəcəfli, Raya Məmmədli və digərləri “English zone” ilə bağlı çıxış ediblər.

Universitetin İngilis dili kafedrasının müəllimlərinin iştirak etdiyi görüşdə  tələbələrin asudə zamanlarının səmərəli və əyləncəli təşkilinə istiqamətlənən klubun fəaliyyəti, həyata keçirdiyi layihələr və hədəfləri barədə zəruri məlumatlar tədqim olunub.

Sonra iki komandaya bölünən auditoriya ilə intellektual və əyləncə xarakterli “Describe yourself” adlı intellektual oyun keçirilib.

Sonda yarışmanın qaliblərinə BMU Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən kitab hədiyyə olunub.

Tədbir ingilis dilinin öyrənilməsi, dil səviyyəsinin yüksəldilməsi, bu sahədə bilik və bacarıqların təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələrin verilməsi, eyni zamanda görüş iştirakçılarını maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər