BMU-nun əməkdaşları Təbiət fənni dərsliyinin müəllifləri sırasında

15 Noyabr 2021
BMU-nun əməkdaşları Təbiət fənni dərsliyinin müəllifləri sırasında

Orta məktəblərin 5-ci siniflərində pilot olaraq tədris olunmağa başlayan Təbiət fənni dərsliyinin müəllifləri arasında Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin əməkdaşları da yer alıb.

Belə ki, Pedaqoji fakültənin dekanı, dosent  Elşad Abdullayev, Kimya-biologiya kafedrasının müdiri, k.ü.f.d. Elmar İmanov və kafedranın baş müəllimi Elşad Yunusov kitabın müəllifləri sırasındadırlar.

Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən tərtib olunan Təbiət (Science) dərsliyi tədqiqat əsaslı öyrənməyə və təbiət fənlərinin (fizika, kimya, biologiya, coğrafiya) inteqrasiyasına əsaslanır.

 “Təbiət-5” dərslik komplekti 2021/2022-ci tədris ilində ölkə üzrə 132 məktəbdə pilot sınağına təqdim edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər