BMU-nun əməkdaşları daxili keyfiyyət təminatı ilə bağlı görüşdə iştirak edib

01 Fevral 2022
BMU-nun əməkdaşları daxili keyfiyyət təminatı ilə bağlı görüşdə iştirak edib

Bakı Mühəndislik Universitetinin (BMU) Tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov, Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin (DTKTM) Keyfiyyətin Təminatı şöbəsinin müdiri Sevil İmanova ali təhsil müəssisələrində daxili keyfiyyət təminatına dəstək məqsədilə təşkil olunan toplantıda iştirak edib.

Tədbir Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

Görüşün əsas məqsədi ali təhsil müəssisələrinin daxili keyfiyyət təminatı sisteminin qurulması sahəsindəki təcrübələrinin təkmilləşdirilməsi və artıq formalaşmaqda olan daxili keyfiyyət təminatı strukturlarına (bölmələrinə) dəstəyin təmin olunmasıdır.

Tədbirdə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən 32 ali təhsil müəssisəsinin prorektor və müvafiq struktur bölmə rəhbərləri təmsil olunub.

 

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər