BMU-nun əməkdaşının məqaləsi “Scopus” indeksli jurnalda nəşr olunub

07 İyun 2019
BMU-nun əməkdaşının məqaləsi “Scopus” indeksli jurnalda nəşr olunub

    Bakı Mühəndislik Universiteti “Dünya iqtisadiyyatı” kafedrasının müdiri i.ü.f.d., Şəhriyar Muxtarov tərəfindən yazılan “The Impact of Oil Prices on Inflation: The Case of Azerbaijan” adlıməqalə “International Journal of Energy Economics and Policy” jurnalının 2019-ci il 4-cü buraxılışında nəşr edilib. Sözügedən jurnal dünyanın ən nüfuzlu məlumat bazalarından biri kimi qəbul edilən “Scopus” məlumat bazasında indekslənir və impakt faktoru 1.26-dır.

     Qeyd edək ki, məqalədə neft qiymətlərinin inflyasiya üzərində təsirləri 1995-2017-ci illərə aid statistik məlumatlardan istifadə edilərək VECM metodu vasitəsi ilə analiz edilmişdir. Məqalənin nəticələrinə görə, neft qiymətlərindəki artım Azərbaycanda inflyasiya üzərində müsbət təsirə malikdir. Tədqiqat nəticələri əsasında bu istiqamətdə bir sıra  təkliflər irəli sürülmüşdür.

Məqaləni bu link vasitəsilə oxumaq olar:

http://www.econjournals.com/index.php/ijeep/article/view/7712/4408

Digər xəbərlər