BMU Çin universitetləri ilə əməkdaşlıq dairəsini genişləndirir

07 İyul 2025
BMU Çin universitetləri ilə əməkdaşlıq dairəsini genişləndirir

Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Shandong Texnologiya Universiteti arasında onlayn formatda tanışlıq və əməkdaşlıq görüşü keçirilib.

Hər iki universitetin rəhbər heyətinin qatıldığı görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək akademik və elmi əməkdaşlıq imkanları dəyərləndirilib. Xüsusilə BMU-da Çin Mərkəzi, Shandong Texnologiya Universitetində isə Azərbaycan Mərkəzinin yaradılması təşəbbüsü irəli sürülüb. Həmçinin mühəndislik və informasiya texnologiyaları sahələrini əhatə edən müvafiq ixtisaslar üzrə ikili diplom proqramının həyata keçirilməsi imkanları müzakirə olunub.

Görüşün sonunda universitetlər arasında əməkdaşlığa dair memorandumun imzalanması barədə ilkin razılıq əldə edilib.

Məlumat üçün bildirək ki, BMU 2025-2026-cı tədris ilindən Çinin daha bir nüfuzlu ali təhsil ocağı-Pekin Kimya Texnologiya Universiteti ilə Kimya, Kompüter və Mexanika mühəndislikləri ixtisasları üzrə ikili diplom proqramının icrasına başlayır.  Bu, Azərbaycan və Çin universitetləri arasında bakalavriat səviyyəsində həyata keçiriləcək ilk ikili diplom proqramıdır.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər