BMU-nun müəllim və tələbə heyətinin Çinə səfəri başlayıb

08 İyul 2025
BMU-nun müəllim və tələbə heyətinin Çinə səfəri başlayıb

Bakı Mühəndislik Universitetinin (BMU) müəllim və tələbə heyətinin Çin Xalq Respublikasına səfəri başlayıb. Səfər BMU ilə dünyada öncül mövqeyə malik Pekin Kimya Texnologiyaları Universiteti (PKTU) arasında imzalanmış və Kimya, Kompüter, Mexanika mühəndisliyi ixtisasları üzrə bu ildən etibarən həyata keçiriləcək ikili diplom proqramını nəzərdə tutan müqavilə çərçivəsində təşkil edilib.

Müqavilə tələbələrə hər iki universitetdən diplom almaq imkanı yaratmaqla yanaşı, yay məktəbinin təşkili, tələbə-müəllim mübadiləsi kimi istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.  

Səfər zamanı hər iki universitetin fəaliyyəti, tədris imkanları və beynəlxalq əlaqələri ilə bağlı təqdimatlar keçiriləcək, tələbələr üçün yay məktəbi təşkil ediləcək. Bununla yanaşı, elmi-tədris əlaqələrinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılacaq.

Bu səfər, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən olan “Keyfiyyətli təhsil” və “Məqsədlər üçün tərəfdaşlıq” istiqamətlərinə töhfə verir. Beynəlxalq təhsil əlaqələrinin genişləndirilməsi, müəllim və tələbələrin qlobal təcrübə qazanması, yeni tədris, tədqiqat metodlarının öyrənilməsi, eyni zamanda, BMU ilə Çin ali təhsil müəssisələri arasında əməkdaşlıq təşəbbüsləri qlobal tərəfdaşlıqların gücləndirilməsi baxımından əhəmiyyətlidir.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

 

 

Digər xəbərlər