Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat kafedrasının baş müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru Çinarə Hacıyeva Türkiyənin İstanbul Universiteti - Cərrahpaşada təşkil olunmuş elmi konfransda iştirak edib.
“Sənaye Tətbiqləri ilə Nəzarət və Optimallaşdırma üzrə 9-cu Beynəlxalq-COIA 2024” adlı konfransda BMU əməkdaşı “Hilbert hipersinqulyar inteqralının yaxınlaşması üçün ədədi üsul və onun ədədi nümunə ilə əsaslandırılması” adlı məruzə ilə çıxış edib. Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konfrans materiallarında dərc edilmiş məruzələr nüfuzlu beynəlxalq indeksləşdirmə sistemi olan “Web of Science: Conference Proceedings Citation Index” verilənlər bazasında indeksləşdiriləcək.
İctimaiyyətlə əlaqələr şöbəsi