Bakı Mühəndislik Universitetinin (BMU) İnsan resursları şöbəsinin mütəxəssisi Aynur Seyidova Avropa İttifaqı və Dünya Bankı tərəfindən həyata keçirilən Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) prqoramı çərçivəsində “Peşə təhlükəsizliyi və sağlamlığı, zorakılıq və qısnama: Gender perspektivi” mövzusunda təlimdə iştirak edib.
Aidiyyəti nazirliklərin, müxtəlif qurumların həmkarlar ittifaqlarının və ali təhsil müəssəsi əməkdaşlarının iştirakı ilə baş tutan tədbirdə peşə təhlükəsizliyi, peşə sağlamlığı, zorakılıq və qısnama kimi iş mühitində qadınlar və kişilər üçün meydana çıxa biləcək hər hansı diferensial risklər müzakirə edilib.
Təlimdə effektiv nəzarət tədbirlərinin müəyyənləşdirilməsi, işəgötürənin işçilərə daha təhlükəsiz əmək şəraiti yaratması kimi önəmli məsələlər iştirakçıların diqqətinə çatdırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi