Bakı Mühəndislik Universitetinin (BMU) Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Nərmin Ələkbərova 2023-cü ildə beynəlxalq reytinqlərlə iş sahəsində səmərəli fəaliyyətinə görə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən “Punktual işçi” nominasiyası üzrə təltif olunub.
Mükafat ali təhsil müəssisələrində beynəlxalq reytinqlər üzrə məsul şəxslər arasında şəbəkələşmə görüşündə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova tərəfindən təqdim olunub.
Görüş ali təhsil müəssisələrinin beynəlxalq reytinqlər üzrə məsul şəxsləri arasında komanda ruhunun formalaşdırılması və müvafiq sahədə ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarının artırılması məqsədi daşıyıb.
İctimaiyyətlə əlaqələr şöbəsi