Bakı Mühəndislik Universitetinin (BMU) Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi və layihə meneceri Nərmin Ələkbərova universitetin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransı” (ECAR) Erasmus+ layihəsi çərçivəsində keçirilən WP1 üzrə növbəti seminarda iştirak edib. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi layihənin seminarı ECAR Erasmus+ layihəsinin fəaliyyət planına uyğun olaraq təşkil olunub.
Seminarda layihənin 1-ci iş paketi üzrə görülmüş işlərin nəticələri geniş müzakirə edilib, bununla bağlı avropalı ekspertin hesabatı əsasında təkmilləşdirilməyə ehtiyac duyulan bölmələr üzrə müvafiq tapşırıqlar verilib. Həmçinin, 1-ci iş paketi üzrə layihənin əsas hədəf qrupu olan rektor və prorektorlarla müsahibələrin təşkili məsələsi iştirakçıların müzakirəsinə təqdim olunub.
Nəticədə təklif və tövsiyələr nəzərə alınmaqla, layihənin fəaliyyət planına uyğun müvafiq göstərişlər verilib.
İctimaiyyətlə əlaqələr şöbəsi