BMU-nun alimi İstanbulda keçirilən beynəlxalq simpoziumda çıxış edib

11 Noyabr 2021
BMU-nun alimi İstanbulda keçirilən beynəlxalq simpoziumda çıxış edib

Bakı Mühəndislik Universitetinin (BMU) Ümumi fənlər kafedrasının müdiri, dosent Bilal Dədəyev Türk Tarih Kurumu və İstanbul Universiteti tərəfindən  İstanbul şəhərində keçirilən “Uluslararası Yavuz Sultan Selim ve Dönemi” simpoziumunda  iştirak edib.

7 dövlətdən 54 tarixçinin iştirak etdiyi simpoziumda B.Dədəyev “Sultan Selim’in Çaldıran Savaşı’ndan Hemen Sonra Tebriz Halkı’na Gönderdiği Mektuplar” adlı məruzə ilə çıxış edib. Dövrün arxiv sənədləri əsasında hazırlanan məruzədə Sultan Səlimin göndərdiyi məktubların nə vaxt, hansı məqsədlər üçün və kimlərə ünvanlandığı araşdırılıb.

3 gün davam edən beynəlxalq tədbir Topqapı Sarayına təşkil olunan gəzinti ilə sona çatıb.

 İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər