Bakı Mühəndislik Universitetinin (BMU) Maliyyə (ingilis dili) ixtisası üzrə 2018/2019-cu tədris ilinin bakalavr məzunu Xəzər Nərimanlı Polşanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Vistula Universitetində Beynəlxalq menecment ixtisası üzrə magistratura təhsilini davam etdirir.
X.Nərimanlı magistr təhsilinin birinci semestrini yüksək müvəffəqiyyətlə başa vurub. O, buradakı tədris sisteminin, texniki infrastrukturun, kitabxananın və biliyin qiymətləndirilməsinin BMU-dakı tədris sisteminə çox oxşar olduğunu vurğulayıb. Bu isə BMU-da tədrisin Avropa standartlarına uyğun aparıldığını göstərir.
BMU məzunu, həmçinin Vistula Universitetinin tələbə dərnəklərində və təlimlərində aktiv iştirak edir. O, Varşavada Azərbaycanla bağlı bir sıra mədəni-ictimai tədbirlərin təşkilini də həyata keçirir.
Qeyd edək ki, X.Nərimanlı universitetin Maliyyə ixtisasına 629 balla qəbul olub və bakalavr təhsilini yüksək göstərici ilə başa vurub.
İctimaiyyətlə əlaqələr şöbəsi