BMU məzunu Koreya Universitetinə tam təqaüdlə qəbul olub

23 Avqust 2024
BMU məzunu Koreya Universitetinə tam təqaüdlə qəbul olub

Bakı Mühəndislik Universitetinin (BMU) “Kimya müəllimliyi” ixtisasının builki məzunu Xədicə Abdullazadə Cənubi Koreyanın top 3 universitetindən biri olan Koreya Universitetinin magistraturasına qəbul alıb.

BMU məzunu təhsilini bu universitetin “Fiziki kimya” ixtisasında tam təqaüdlə (təhsil haqqı, aylıq təqaüd və aviabiletlər daxil) davam etdirəcək.

Xədicə Abdullazadə 2020-ci ildə BMU-ya 616,9 balla qəbul olub. 2024-cü ildə universitetin bakalavriat səviyyəsini ixtisas birincisi olaraq bitirib.

1905-ci ildə qurulan Koreya Universiteti bu ölkənin, eləcə də dünyanın ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biridir.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər