BMU ərazisində yaşıllaşdırma işləri aparılıb

03 Aprel 2025
BMU ərazisində yaşıllaşdırma işləri aparılıb

Bakı Mühəndislik Universitetində (BMU) növbəti yaşıllaşdırma işləri həyata keçirilib.

Ətraf mühitin sağlamlaşdırılması, ekoloji mədəniyyətin təbliği və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək məqsədi daşıyan yaşıllaşdırma tədbirləri çərçivəsində universitetin kampusunda əlavə olaraq 1000-ə yaxın müxtəlif növ ağac əkilib.   

Həmçinin mövsümlə əlaqədar olaraq bir sıra abadlıq işləri görülüb,  mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib və yeni yaşıllıq zolaqları yaradılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər