BMU əməkdaşı “World HR Summit 2024” tədbirində iştirak edib

05 Mart 2024
BMU əməkdaşı “World HR Summit 2024” tədbirində iştirak edib

       Bakı Mühəndislik Universitetinin (BMU) İnsan resursları şöbəsinin mütəxəssisi Aynur Seyidova Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə keçirilən “World HR Summit 2024” tədbirində iştirak edib. 

       Yerli və beynəlxalq şirkətlərin insan resursları üzrə baş direktorları, dünyanın aparıcı şirkətlərinin rəhbərləri, dövlət qurumlarının nümayəndələrinin qatıldığı tədbirdə vahid platformada insan resurslarının idarə olunması sahəsində baş verən son yeniliklər və gözləntilərdən bəhs edilib.

       Sammitdə “World HR Summit 2024” Təşkilat Komitəsinin sədri, müasir insan resurslarının atası adlandırılan Deyv Ulrix çıxış edib və xüsusi master-klas keçib.

       Tədbirdə aktiv iştirak edən BMU əməkdaşı beynəlxalq səviyyəli sertifikata layiq görülüb.

İctimiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər