Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşı - Ümumi fənlər kafedrasının müdiri, dosent, tarix üzrə fəlsəfə doktoru Bilal Dədəyev Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsində 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən tədbirdə məruzə ilə çıxış edib.
Abşeron Rayonu Polis İdarəsinin rəis köməkçisi, polis mayoru Elnur Rəşidov, baş inspektor, polis mayoru Elbrus Əhmədov, həmçinin idarənin polis əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə BMU əməkdaşı soyqırımı haqqında tarixi faktları tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Tarixçi əsrlər boyu ermənilər tərəfindən azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirilən soyqırımları, genosid və qətliamlar, həmçinin erməni vandalizmi haqda ətraflı məlumat verib.
İctimaiyyətlə əlaqələr şöbəsi