BMU Elmi Şurasının iclası keçirilib

10 Sentyabr 2024
BMU Elmi Şurasının iclası keçirilib

Sentyabrın 10-da Bakı Mühəndislik Universitetinin (BMU) Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda gündəliyə uyğun olaraq BMU-da aparılan struktur dəyişiklikləri barədə məsələ geniş müzakirə olunub. Müzakirələrdən sonra universitetin  yeni strukturunun layihəsi təsdiq edilib.

Sonra 2024/2025-ci tədris ilinə hazırlıq işləri ilə bağlı hesabat təqdim olunub. Ardınca hesabatla bağlı rəy və təkliflər dinlənilib, fakültə dekanları və kafedra müdirlərinə müvafiq tapşırıqlar verilib. Tədris planları, dərs cədvəllərinin hazırlanması istiqamətindəki fəaliyyətlərin gücləndirilməsi, elektron jurnalların açılması, tələbələrin dərsə davamiyyəti haqqında məlumatların qeydiyyatının mütəmadi olaraq aparılması, fənn sillabusları və tədris vəsaitlərinin sistemə yerləşdirilməsi, sərbəst iş mövzularının tələbələrə vaxtında verilməsi, tələbələrin semestrdaxili fəaliyyətlərinin qiymətləndirilməsinə diqqətin artırılması, onların dərslik, dərs və elektron vəsaitlərlə təmin olunmasına nəzarətin gücləndirilməsi qərara alınıb.

İclasda ingilis dili səviyyə göstəriciləri yüksək olan tələbələrin “İngilis dilində işgüzar və akademik kommunikasiya 1 və 2” fənnindən azad edilərək müvafiq qaydada qiymətləndirilməsi və s. məsələlər barədə də qərarlar qəbul olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər