BMU Elmi Şurasının 2024-2025-ci tədris ilinin iş planı təsdiqlənib

09 İyul 2024
BMU Elmi Şurasının 2024-2025-ci tədris ilinin iş planı təsdiqlənib

İyulun 9-da Bakı Mühəndislik Universitetinin (BMU) Elmi Şurasının növbəti iclası keçirilib.

Şurada gündəlikdə yer alan istehsalat, pedaqoji, elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrin nəticələri müzakirəyə çıxarılıb. Müvafiq hesabat dinlənildikdən sonra rəy və təkliflər irəli sürülüb. İclasda BMU-nun istehsal müəssisələri və məktəblərlə əlaqələrinin mövcud vəziyyəti qənaətbəxş hesab olunub.

Eyni zamanda bir sıra ixtisaslar üzrə proqram və metodik göstərişlərin hazırlanması, Pedaqoji fakültədə tədrisin əsasən ingilis dilində aparılmasını nəzərə alaraq,  təcrübələrin ingilisdilli məktəblərdə təşkili, sənaye və istehsalat sahələrində uyğun baza müəssisələrin seçilməsi işinin intensivləşdirilməsi, yeni ixtisaslar üçün baza müəssisələrin müəyyənləşdirilməsi istiqamətində işlərin aparılması barədə müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Sonra iclasda BMU-nun Elmi Şurasının 2024-2025-ci tədris ilinin iş planı təsdiqlənib.

Müxtəlif məsələlərin müzakirəsi ilə davam edən iclasda BMU-nun Strateji İnkişaf Planı ilə bağlı görülən işlərin vəziyyəti və digər məsələlər müzakirə olunub, müvafiq qərarlar verilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər