BMU tələbələri ekoloji ideyalarını “Yaşıl düşün” sərgisində təqdim ediblər

06 Noyabr 2025
BMU tələbələri ekoloji ideyalarını “Yaşıl düşün” sərgisində təqdim ediblər

Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Elmi Cəmiyyəti tərəfindən “Yaşıl düşün: Orqanik tullantını dəyərləndir” adlı sərgi-müsabiqə təşkil olunub.   

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 12-ci (Məsuliyyətli istehsal və istehlak) istiqamətə əsasən keçirilən tədbir tələbələr arasında ekoloji şüurun artırılması, orqanik tullantıların yenidən istifadəsi və “yaşıl düşüncə” mədəniyyətinin təşviqi məqsədini daşıyıb.

Sərgidə  tələbələr orqanik tullantılardan hazırladıqları ekoloji məhsulları və innovativ ideyalarını nümayiş etdiriblər.

Memarlıq və şəhərsalma kafedrasının müdiri Sabir Orucov, Dizayn kafedrasının dosenti Yasin Xəlilov,  Memarlıq və inşaat fakültəsinin dekan müavini Namiq Abbasov sərgidə çıxış ediblər. Çıxışlarda tələbələrin “yaşıl konsepsiya”ya verdikləri yaradıcı yanaşma təqdir olunub, onların ekoloji dəyərlərin təbliğində fəallığı xüsusi vurğulanıb.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.   

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər