BMU Elmi Şurasında müvafiq qərarlar qəbul olunub

15 Mart 2024
BMU Elmi Şurasında müvafiq qərarlar qəbul olunub

Martın 15-də Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda gündəlikdə yer alan məsələlər (İqtisadiyyat fakültəsində tədris, elmi-tədqiqat və tərbiyə işlərinin təşkili, müəssisələrlə əlaqələr və karyeranın inkişafı istiqamətində görülən işlər, professor-müəllim heyətinin diferensial əməkhaqqı sisteminin tətbiqi haqqında qaydaların təsdiqi) diqqətə çatdırılıb.

Sonra müvafiq struktur rəhbərlərinin qeyd olunan məsələlərlə bağlı ayrı-ayrılıqda hesabatları dinlənilib. 

İclasda çıxışlar ətrafında geniş müzakirələr aparılıb, gələcək fəaliyyətlə bağlı konkret tapşırıqlar verilib. Eyni zamanda irəli sürülən təklif və tövsiyələr nəzərə alınmaqla hesabatlar qənaətbəxş hesab olunub və müvafiq qərar layihələri səsə qoyularaq qəbul edilib.

 Müxtəlif məsələlərin müzakirəsi ilə davam edən Elmi Şurada dosent elmi adı almaq üçün Mexanika mühəndisliyi kafedrasının əməkdaşı Vurğun Qəhrəmanovun sənədlərinin AAK-a göndərilməsi barədə də qərar verilib.

İclasda həmçinin, universitetin ictimai-siyasi həyatındakı səmərəli fəaliyyətinə görə bir sıra əməkdaşlara fəxri fərmanlar təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər