BMU-da yaz semestri başlayıb

16 Fevral 2022
BMU-da yaz semestri başlayıb

Bakı Mühəndislik Universitetində (BMU) 2021/2022-ci tədris ilinin yaz semestri başlayıb. Bakalavriat və magistratura səviyyələrində dərslərin əksəriyyəti əyani, az qismi isə onlayn olmaqla hibrid formada təşkil ediləcək. Hazırlanmış dərs cədvəlləri tələbələrin şəxsi kabinetlərinə, eyni zamanda kafedraların elan lövhələrinə yerləşdirilib.

BMU-da COVİD-19 pandemiyası ilə əlaqədar karantin rejiminin şərtlərinə ciddi şəkildə əməl olunması üçün zəruri tədbirlər davam etdirilir. Universitetin bütün binalarında elektron termometr, spirt əsaslı əl dezinfeskiyaedici məhsullar mövcuddur. Bununla yanaşı,  sinif otaqlarında (auditoriyalarda) fiziki məsafə gözlənilir və şəxsi gigiyena qaydalarına nəzarət həyata keçirilir.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər