Bakı Mühəndislik Universitetində (BMU) “Böyük Britaniyada magistr təhsili: Dərslər, çətinliklər və ən yaxşı təcrübələr” mövzusunda seminar keçirilib.
Seminarda universitetin Xarici dillər kafedrasının müəllimi, magistr təhsilini nüfuzlu London Universitet Kollecində alan Günel Kərimzadə məruzə ilə çıxış edib. O, Böyük Britaniyada magistr təhsili almağın üstünlükləri, qarşıya çıxan problemlər və uğurlu təhsil strategiyaları haqqında ətraflı məlumat verib. Məruzəçi, habelə 2023-2024-cü tədris ilində Dövlət Proqramı çərçivəsində magistr səviyyəsi üzrə tam təqaüdlə aldığı təhsil təcrübəsini iştirakçılarla bölüşüb və bu prosesin detalları, müraciət qaydaları barədə tövsiyələrini çatdırıb.
Sonra Böyük Britaniyada təhsil almaq istəyənlər üçün vacib məqamlar müzakirə olunub.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi