Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı (DTKT) Mərkəzinin start verdiyi “Uşaq Universiteti” layihəsi çərçivəsində yay tətili proqramı başa çatıb. Proqram uşaqların maraq və istedadları istiqamətində onların inkişafı və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil olunub.
Layihə çərçivəsində BMU əməkdaşlarının övladları üçün ödənişsiz olaraq nəzərdə tutulan proqramda 54 şagird iştirak edib. Gündəlik olaraq “Kodlaşdırma”, “Təbiət elmləri” və “Ssenari müəllifliyi” üzrə universitet müəllimləri tərəfindən onlayn şəkildə interaktiv məşğələlər keçirilib.
Proqramlaşdırma bacarıqlarını inkişaf etdirmək üçün təşkil olunan təlimlər çərçivəsində şagirdlər proqramlaşdırma dili sayılan “Scratch Jr” proqramını, “Təbiət elmləri” çərçivəsində müxtəlif mövzuların sadələşdirilərək onlarda maraq oyadacaq şəkildə praktiki məşğələlərlə onlayn olaraq təcrübə etmək imkanını qazanıblar. “Ssenari müəllifliyi” məşğələləri çərçivəsində isə şagirdlərə təməl texnikalar aşılanıb, vətənpərvərlik, qəhrəmanlıq kimi bir sıra müxtəlif mövzularda nümunələr üzərində praktik məşğələ keçirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi