BMU-da tələbələrin növbəti yaradıcılıq sərgisi təşkil olunub

04 Mart 2025
BMU-da tələbələrin növbəti yaradıcılıq sərgisi təşkil olunub

Bakı Mühəndislik Universitetində (BMU) Memarlıq və inşaat fakültəsi “Dizayn” ixtisasının 3 və 4-cü kurs tələbələrinin Təbiəti qoruyaq” adlı yaradıcılıq sərgisi keçirilib.

“Art Studio Azerbaijan” MMC-nin təşkilati dəstəyi, Dizayn kafedrasının baş müəllimi Rasim Qurbanovun rəhbərliyi ilə baş tutan sərgidə kətan üzərində akril boya və qurumuş, eləcə də təbii yarpaqlardan istifadə ilə Uzaq Şərq incəsənətinə xas rəssamlıq texnikasına uyğun hazırlanan rəsm əsərləri nümayiş etdirilib. Tələbələr burada rəssamlıq bacarıqlarını, rəng duyumu və kompoziya zövqlərini sərgiləyib, eləcə də mövzu vasitəsilə ətraf mühitin qorunmasına, yaşıllığın vacibliyinə diqqət çəkiblər.    

Sərginin açılışında çıxış edənlər tələbələrin sərgilərinin artıq universitetdə ənənə halını aldığını və bunun bir növ yaradıcılıq hesabatı olduğunu bildiriblər. Çıxışlarda ekoloji maarifləndirmə missiyası daşıyan sərgi müsbət qiymətləndirilib, eyni zamanda tələbələrin istedadının üzə çıxarılmasında, yaradıcılıq qabiliyyətlərinin inkişafında əhəmiyyətli rol oynayan belə sərgilərin davamlı təşkil olunmasının vacibliyi önə çəkilib.  

 Sərginin sonunda iştirakçılara sertifikatlar, layihənin rəhbəri Rasim Qurbanova isə diplom təqdim edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi  

Digər xəbərlər