BMU-da tələbələrə ustad dərsləri keçirilib

22 May 2019
BMU-da tələbələrə ustad dərsləri keçirilib

    Bakı Mühəndislik Universitetinin Müəssisələrlə əlaqələr və karyera deprtamentinin təşkilatçılığı ilə BMU-nun Dünya İqtisadiyatı 3-cü kurs tələbələrinə “ustad dərsləri” (Master- klass)  keçirilib. “OBA Retail Chain” MMC-nin Hüquq bölməsinin müdiri, vəkillər kollegiyasının üzvü Pərviz Osmanov “Əmək məcəlləsi” mövzusunda tələbələrə məlumat verib. İş prosesində rastlaşdığı hadisələri və təcrübələrini diqqətə çatdıran P.Osmanov tələbələrin mövzu ilə bağlı suallarını da cavablandırıb.

   Sonda Müəssisələrlə əlaqələr və karyera deprtamentinin əməkdaşı Vasif Fərəcov çıxış edərək seminarın təşkilində göstərmiş olduğu dəstəyə görə Veysəloğlu Şirkətinin Təhsil müəssisələri ilə əlaqələr bölməsinin müdiri Fuad Əliyevə təşəkkürünü bildirib.

Digər xəbərlər