Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə iş və karyera Departamentinin birgə təşkilatçılığı ilə təlimlərə start verilib. “Karyeranın qurulması və əmək bazarına inteqrasiya edilmə” mövzusunda keçirilən təlimin ilk günündə Dövlət Məşğulluq Xidmətinin əməkdaşı, beynəlxalq təlimçi Kənan Bağırov təqdimatla çıxış edib.
3 gün davam edəcək təlimlərin əsas məqsədi sonuncu kurs tələbələrinin inkişafına dəstək göstərmək və gələcək karyeralarının qurulmasında onları maarifləndirməkdən ibarətdir.
Təlimlərdə tələbələr bacarıqların təhlil edilməsi, təhsil dövründə karyeranın planlaşdırılması, motivasiya, komandanın qurulması, təqdimat bacarıqları, müsahibəyə hazırlıq, maraq məktubu, müsahibə növləri, zamanın idarə edilməsi, təlim gündəliyi mövzularında ətraflı bilgilərə sahib olacaqlar.
Qeyd edək ki, təlimin sonunda iştirakçılara sertifikatlar veriləcək.
İctimaiyyətlə əlaqələr şöbəsi