BMU-da Respublika Fənn Olimpiadasının yarımfinal mərhələsi keçirilib

17 Fevral 2025
BMU-da Respublika Fənn Olimpiadasının yarımfinal mərhələsi keçirilib

15-16 fevral tarixlərində Bakı Mühəndislik Universitetində (BMU) Respublika Fənn Olimpiadasının informatika fənni üzrə yarımfinal turu baş tutub.   

İlk gün adıçəkilən fəndən aşağı yaş qrupu üzrə yarımfinal mərhələsi, növbəti gün isə 10-11-ci sinif şagirdlərinin iştirak etdiyi yuxarı yaş qrupu üzrə yarımfinal mərhələsi keçirilib. BMU-da təşkil olunan olimpiadada iki gün ərzində 135 şagird fəal iştirak edib. 

Qeyd edək ki, Respublika Fənn Olimpiadasında ümumilikdə aşağı və yuxarı yaş qrupları üzrə 2100-dən çox şagird final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər