Bakı Mühəndislik Universitetində (BMU) İnformatika fənni üzrə “Respublika fənn olimpiadası”nın aşağı yaş qrupu üzrə yarımfinal turu keçirilib. Müsabiqədə ümumtəhsil məktəblərindən 79 nəfər şagird (9-cu sinif) iştirak edib.
Müsabiqə IOI (Beynəlxalq İnformatika Olimpiadası) qaydaları əsasında təşkil olunub. Məktəblilərə 5 alqoritmik məsələni 4 saat ərzində həll etmək (proqramını tərtib etmək) və avtomatik qiymətləndirmə sistemi ilə sınaqdan keçirmə tapşırığı verilib.
Qeyd edək ki, yuxarı yaş qrupu üzrə 71 nəfər şagird (10 və11-ci siniflər) isə eyni vaxtda ADA Universitetində yarışıblar.
İctimaiyyətlə əlaqələr şöbəsi