BMU-da “Qış Elm Festivalı” keçirilib

31 Dekabr 2021
BMU-da “Qış Elm Festivalı” keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Elmi Cəmiyyəti (TEC) Pi klubun təşkilati dəstəyi ilə “Qış Elm Festivalı” keçirib. Festivalın təşkil olunmasında əsas məqsəd gənc istedadları üzə çıxarmaq, onlara stimul vermək və elmə qarşı maraq yaratmaqdır.

Açılış mərasimində çıxış edən BMU-nun Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov ənənəvi olaraq keçirilən festivala bu il də maraqlı layihələrin təqdim olunduğunu bildirib, gənclərə öz tövsiyələrini verib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra qalib gələn komandalar sertifikat və medallarla təltif olunub. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, “Black pages of science”, “Humanoid robot – Dinogame”, “Uşaq hüquqlarının müdafiəsində innovasiyalar”, “CO2toD qurğusu”, “Metaverse” və başqa bir neçə təqdim edilən layihələr mükafatlandırılıb.

Qalib gələn layihələr (Landau School, Azerbaijan British College: ABC, Saray qəsəbə 3 nömrəli tam orta məktəb, Saray qəsəbə 2 nömrəli tam orta məktəb, Laçın rayon 10 nömrəli tam orta məktəb,  Sumqayıt şəhər 40 nömrəli tam orta məktəb, Balakən rayonu Humanitar və Texniki təmayüllü lisey, Səbail rayonu 7 nömrəli tam orta məktəb, Qobu qəsəbə 2 nömrəli tam orta məktəb, Sabirabad rayonu Ulacalı kənd tam orta məktəb, Xırdalan şəhər 2 nömrəli tam orta məktəb, Zilanlı kənd tam orta məktəb, Sumqayıt şəhər 28 nömrəli tam orta məktəb və s.) müxtəlif şəhər və rayon məktəblərinin şagirdlərinə məxsus olub.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər