BMU-da “Qanundan hesabata" adlı seminar keçirilib

11 Aprel 2025
BMU-da “Qanundan hesabata" adlı seminar keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən “Gənc mühasiblər klubu”nun təşkilatçılığı ilə “Qanundan hesabata" adlı seminar keçirilib.

Öncə klubun sədri Şəmistan Nəsibov belə seminarların iqtisadiyyat, mühasibatlıq, maliyyə sahələri üzrə təhsil alan, eləcə də sahibkarlıq və biznes fəaliyyətinə maraq göstərən tələbələr üçün əhəmiyyətli olduğunu bildirib.

Sonra təlimçi, peşəkar mühasib Yadulla Məmmədov real iş həyatında vergi öhdəliklərinin icrasına dair təqdimatla çıxış edib. O, vergi qanunvericiliyinin vacib müddəalarına toxunub, ölkəmizin vergi sisteminin əsas prinsipləri, gəlir və mənfəət vergisi, hesabatların hazırlanması və digər məqamları diqqətə çatdırıb. Sadələşdirilmiş vergi ödəyiciləri, onların məşğul olduğu sahələri qeyd edən mütəxəssis mühasibat uçotu ilə vergi uçotu arasındakı fərqlər və oxşarlıqlara da aydınlıq gətirib.

Öz təcrübəsini tələbələrlə bölüşən təlimçi vergilərin hesablanmasını şərti nümunələr əsasında izah edib, istər mikrosahibkarlıq, istərsə də böyük biznes fəaliyyəti ilə məşğul olan insanların vergiyə dair qanunları bilməsinin əhəmiyyətini vurğulayıb.

Seminarın sonunda tələbələrin sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər