Bakı Mühəndislik Universitetində (BMU) növbəti SAT (Scholastic Aptitude Test) imtahanı keçirilib. İmtahanda 25 nəfər iştirak edib.
İştirakçılar yekun nəticələrini ETS-in (Educational Testing Service- Təhsilin Qiymətləndirmə Xidməti) saytında yaradılmış şəxsi hesab vasitəsilə imtahandan sonra 1 həftə müddətində onlayn şəkildə öyrənə bilərlər.
SAT müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma, riyazi bilik və bacarıqlarını yoxlayan dünyada tanınmış test imtahanlarıdır və hər il keçirilir. Bu imtahan bir çox dünya universitetlərinə qəbul prosesində mühüm rol oynayır.
Xarici ölkələrdə təhsil almaq üçün tələb edilən dil və bacarıqların qiymətləndirilməsi ilə əlaqədər beynəlxalq imtahanların təşkilində uğurlu təcrübəyə malik olan BMU-da SAT ilə yanaşı, TOEFL iBT və GRE imtahanları da keçirilir.
Cari ilin qarşıdakı dövrü ərzində keçirilməsi nəzərdə tutulan imtahanlarla bağlı hər hansı əlavə məlumat almaq üçün eqarayev@beu.edu.az və ya iro@beu.edu.az email ünvanlarına müraciət edə bilərsiniz.
İctimaiyyətlə əlaqələr şöbəsi