BMU-da növbəti karyera təlimi

22 Aprel 2025
BMU-da növbəti karyera təlimi

 

Bakı Mühəndislik Universitetində (BMU) Müəssisələrlə əlaqələr və karyera mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində “Karyera klubu”nun birgə təşkilatçılığı ilə “Karyera planlaşdırması” mövzusunda təlim keçirilib.  

Memarlıq və inşaat fakültəsinin tələbələri üçün təşkil olunan təlimdə “PMD Projects” MMC-nin İnsan resursları şöbəsinin rəhbəri Rizvan Əliyev effektiv karyera planlamasının zamanı, iş hədəflərinə çatmaq üçün atılacaq ilk addımlar haqqında tələbələrə geniş məlumat verib. Düzgün karyera planlaşdırmağın vacib şərt olduğunu önə çəkən təlimçi, həmçinin strateji karyera yüksəlişi üçün fərdin öz inkişafında diqqət yetirməsi vacib cəhətləri qeyd edib. O, eləcə də iş həyatına başlarkən əmək bazarının tələblərinin öyrənilməsinin vacibliyini bildirib.

Təlim zamanı  işə qəbul proseduru, CV-nin  hazırlanması, müsahibə mərhələsinin qaydaları da ətraflı izah olunub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər