BMU-da növbəti elmi seminar keçirilib

28 Aprel 2025
BMU-da növbəti elmi seminar keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) Mexanika mühəndisliyi kafedrasında “Elmi işlərin yazılmasında kompüter proqramlarının tətbiqi” mövzusunda elmi seminar təşkil olunub. 

Müəllim və tələbələrin iştirakı ilə keçirilən seminarda Mühəndislik fakültəsinin dekanı Asif Quliyev, adıçəkilən kafedranın müdiri Mahir Bəşirov elmi məqalələrin beynəlxalq jurnallarda nəşrinin universitetlərin reytinqində xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, belə məqalələrin yazılmasında müasir kompüter proqramlarının tətbiqinin xüsusi rolunu diqqətə çatdırıblar.  

Sonra   kafedranın dosenti  Natiq Rzayev mövzu ilə bağlı təqdimatla  çıxış edib. “Word” proqramında qrafik işlərin hazırlanması, “MathType”də düsturların yazılması, “Minitab” proqramında “Taquchi metodu” ilə eksperiment nəticələrin işlənməsi və onların analizi  qaydaları, verilənlər əsasında “Matlab”da iki və üç ölçülü qrafiklərin qurulması qaydaları ətraflı izah olunub. Məruzəçi,  o cümlədən “SolidWorks” proqramında konstruksiya hissələrinin statik, dinamik, düşmə, yorulma və analizlərinin aparılması, nəticələrin elmi işlərdə tətbiqi haqqında da məlumat verib.

Müzakirələrlə davam edən seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi   

Digər xəbərlər