Bakı Mühəndislik Universitetində (BMU) tələbələr üçün kibertəhlükəsizliklə bağlı təşkil olunacaq hakatonla bağlı məlumatlandrıma günü keçirilib.
Tədbirdə BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Mayis Əzizov tələbələrin müxtəlif səpkili layihələrdə iştirakı, müsabiqələrə cəlb olunması və yarışlarda fəallıq göstərməsinin müsbət nəticələri ilə bağlı fikirlərini paylaşıb.
Sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) tərəfindən gerçəkləşdirilən hakatonla bağlı tədqimatlar edilib.
UFAZ-ın əməkdaşları Xülya Cəfərova və Leyla Mirzəyeva hakatonun şərtləri, iştirak qaydaları, texniki qiymətləndirmə və mükafatlandırma prosesi ilə bağlı iştirakçıları məlumatlandırıblar. Qeyd edilib ki, 25 mart-8 aprel tarixlərində hakatona qeydiyyat, 20-21 aprel tarixlərində yarışların təşkili, 30 aprel tarixində isə bağlanış mərasimi keçiriləcək.
Tədbir tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi