BMU-da karyera mövzusunda seminar keçirilib

22 May 2019
BMU-da karyera mövzusunda seminar keçirilib

    Bakı Mühəndislik Universitetində Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə İqtisadiyyat və idarəetmə fakültəsinin 3-cü kurs tələbələrinə seminar keçirilib. Seminar İnsan resursları üzrə mütəxəssis Vəfa İsmayılova tərəfindən verilib. O, tələbələrə şəxsi karyerası və rəhbərlik etdiyi şirkətin fəaliyyəti haqqında seminar iştirakçılarına məlumat verib. Bildirib ki, uğurlu karyeranın başlanğıcı universitetdə yüksək təhsil almaqdır.

    Tələbələrin suallarını cavablandıran Vəfa İsmayılova sonda seminar iştirakçılarına sertifikat təqdim edib.

 

Digər xəbərlər