BMU-da istehsalat təcrübələrinin təşkili ilə bağlı hazırlıqlara start verilib

03 Sentyabr 2021
BMU-da istehsalat təcrübələrinin təşkili ilə bağlı hazırlıqlara start verilib

Bakı Mühəndislik Universitetinin (BMU) Təcrübə şöbəsi və Kompüter və informasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə həmin ixtisasın IV kurs tələbələri ilə görüş keçirilib. Tədbir 2021/2022-ci tədris ilində istehsalat təcrübələrinin təşkili məsələlərinə həsr olunub.

70 - dən çox tələbənin iştirak etdiyi görüşdə istehsalat təcrübəsi barədə ətraflı məlumat verilib, həmçinin tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

BMU tələbələrinin istehsalat təcrübələri universitet rəhbərliyinin hər zaman diqqət mərkəzindədir. Belə ki, hal-hazırda 3 müəssisədə - Portbim MMC, “SƏBA” Holdinq, Tabaterra QSC-də BMU məzunları və tələbələri üçün bir aylıq könüllü yay təcrübələri təşkil olunur.

Qeyd edək ki, belə görüşlərin digər ixtisaslarda da təşkil olunması nəzərdə tutulur.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər