BMU-da “İnsan alverinə qarşı mübarizə tədbirləri” mövzusunda təlim

02 Mart 2022
BMU-da “İnsan alverinə qarşı mübarizə tədbirləri” mövzusunda təlim

Bakı Mühəndislik Universitetində (BMU) “İnsan alverinə qarşı mübarizə tədbirləri” mövzusunda təlim keçirilib.

BMU YAP Gənclər Birliyinin təşkilatçılığı ilə baş tutan təlim Vəkillər Kollegiyasının, həmçinin  Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvü Araz Nurməmmədov tərəfindən aparılıb.

Təqdimatla çıxış edən A.Nurməmmədov təlimin çox vacib mövzuya həsr olunduğunu, gələcəkdə yarana biləcək təhlükələrdən qorunmaq üçün bu sahədə maariflənmənin zəruriliyini bildirib.

O qeyd edib ki, köləliyin müasir forması olaraq qəddar və laqeyd münasibətlər çərçivəsində insan hüquqlarının pozulması ilə müşayiət olunan insan alveri zamanı seçilən qurban manipulyasiya obyektinə çevrilir və onunla şəxsi əşya kimi davranılır. İnsan alveri ilə bağlı cinayətlərin araşdırılmasından bəhs edən A.Nurməmmədov çıxışında insan alverinin formaları barədə geniş məlumat verib. Bildirib ki, qurban seçilərkən psixoloji, eləcə də sosial baxımdan uçurumda olanlara və asan qazanc axtaranlara daha çox üstünlük verilir.

Təlim tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər