BMU-da innovativ bacarıqların artırılmasına xidmət edən təlim başa çatıb

23 Sentyabr 2024
BMU-da innovativ bacarıqların artırılmasına xidmət edən təlim başa çatıb

Bakı Mühəndislik Universitetində (BMU) gənclərin innovativ bacarıqlarının artırılmasına xidmət edən “Dechode” təliminin başa çatması ilə bağlı tədbir keçirilib.   

Tədbirdə bildirilib ki, BMU Texnoparkı nəzdində təşkil edilmiş təlim gənclərin yenilikçi düşüncə və texnoloji savadının artırılması məqsədi daşıyıb. Təlim müddətində tələbələr proqramlaşdırma, UI/UX dizaynı və mobil development sahələrində dərin biliklər və praktiki bacarıqlar qazanıblar. Eyni zamanda mütəxəssislərin rəhbərliyi altında maraqlı layihələr üzərində işləyib və gələcək karyeraları üçün vacib təcrübə əldə ediblər.

Diqqətə çatdırılıb ki, “Dechode” tipli təlimlər tələbələri qlobal bazarda rəqabət aparmağa hazırlayır və BMU-da davamlı təşkil olunan belə kurslar öz biliklərini təkmilləşdirən gənclərə gələcəkdə müvafiq sektorda uğurla fəaliyyət göstərməyə kömək edəcək.    

Tədbirin sonunda təlimi müvəffəqiyyətlə başa vuran tələbələrə  sertifikatlar təqdim olunub.

Qeyd edək ki, cari ilin qarşıdakı dövrü ərzində keçiriləcək təlim proqramları və seminarlara dair əlavə məlumat almaq üçün BMU Texnoparkına (technopark@beu.edu.az) müraciət etmək olar.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər