BMU-da “İnkişaf marafonu-2025” adlı təlim keçirilib

17 Mart 2025
BMU-da “İnkişaf marafonu-2025” adlı təlim keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə “İnkişaf marafonu-2025” adlı təlim keçirilib.

Tədbirdə öncə TGT nəzdində “Sosial layihələr” klubunun sədri Yəhya Bəşirov peşəkar mütəxəssislərin iştirakı ilə təşkil olunan tədbirin önəmindən bəhs edib. Eyni zamanda, yeni fəaliyyətə başlayan klubun həyata keçirəcəyi layihələr haqda məlumat verib.

Sonra “Shane Academy Azerbaijan”ın təsisçi direktoru, İELTS, TOEFL, Duolingo instruktoru Jalə Bəhrəmova, “Destec Group” şirkətinin İdarə Heyətinin sədri, iqtisadiyyat üzrə mütəxəssis Sakit Səmədov, “Apply-Uni” və “Qolatofficial” platformalarının təsisçisi Səid Bağırov tələbələrə öz sahələrinə uyğun mövzularda təlim keçiblər.

Təlimdə xarici dil biliklərinin peşəkar və şəxsi inkişafdakı rolundan geniş bəhs edilib, həmçinin gənclər üçün xaricdə təhsil imkanları, nüfuzlu beynəlxalq şirkətlərdə işlə təmin olunmağın şərtləri barədə məlumatlar verilib. Eləcə də biznes strategiyaları formalaşdırmaq, sahibkarlıqda qarşıya çıxan maneələri aşmağın yolları, habelə fərdi inkişaf, uğurlu karyera seçimi barədə vacib məqamlar diqqətə çatdırılıb.  

Sual-cavab sessiyası ilə davam edən tədbirdə fəallıq göstərən tələbələr hədiyyə ilə mükafatlandırılıb.

Sonda BMU TGT könüllüləri uğurlu fəaliyyətlərinə görə sertifikatla təltif olunublar.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər