17 və 18 fevral 2024-cü il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılğı ilə Bakı Mühəndislik Universitetində (BMU) Respublika Fənn Olimpiadalarının (RFO) informatika fənni üzrə yarımfinal turu keçirilib.
İştirakçılara 4 saat ərzində 4 alqoritmik məsələni C++, Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb.
İnformatika fənni üzrə yarımfinal turu eyni zamanda ADA Universiteti, Bakı Ali Neft Məktəbi, İqtisad Universiteti, Azərbaycan-Fransız Universiteti, Azərbaycan Texniki Universitet, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kompüter laboratoriyalarında və Naxçıvan Muxtar Respublikasında Naxçıvan STEAM mərkəzində təşkil olunub.
Yarımfinal turunda ümumilikdə 1290 nəfər şagird iştirak edib.
Qeyd edək ki, informatika fənni üzrə RFO “Kapital Bank”ın baş sponsorluğu ilə təşkil olunur.
İctimaiyyətlə əlaqələr şöbəsi